$slug

Qadın Mərkəzi

Qadın Mərkəzində dünya standartlarına əsaslanaraq qadın xəstəliklərinin müalicəsi, hamiləliyin təqibi və başa çatdırılması, hamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan sonra əmələ gələn problemlərin aradan qaldırılmasını, bütün ginekoloji əməliyyatları aparır.

Qadın Mərkəzi 4 bölmədən ibarətdir. Hər bölümə 1 aparıcı  yüksək ixtisaslaşmış mütəxəssis mama - ginekoloq başçılıq edir və tabeçiliyində 2 assistenti çalışır.

Ümumi bir şöbə olaraq bütün bölümlər aşağıda sadalan xidmətləri göstərir:

  • Sonsuzluğun müalicəsi
  • Uğursuz hamiləliklərin səbəbinin araşdırılması və müalicəsi
  • Patoloji hamiləliklərin təqibi
  • Ekstragenital xəstəlikləri olan hamilələrə ixtisaslaşdırılmış tibbi yardım göstərib hamiləliyi başa çatdırılması
  • Erkən dövrdə prenatal diaqnozların qoyulması
  • Normal və fəsadlı doğuşların aparılması
  • Ağrısız doğuşlar
  • Yeniyetmə və klimakterik dövrlərin xəstəliklərinin müalicəsi
  • Hamiləlikdə bütün qan analizlərinin aparılması

Qadın Mərkəzində müasir mamalıq və ginekoloji əməliyyatlar həyata keçirilir:

  • Uşaqlıq boynunun serklyajı
  • Qeysəriyyə kəsiyi əməliyyatı
  • Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, supravaginal histerektomiya, miomektomiya)
  • Vulva, vagina və uşaqlıq boynunda əməliyyatlar (plastik əməliyyatlar)
  • Uşaqlığın artımlarında aparılan laparoskopik əməliyyatlar ( yumurtalıqlardan törəmələrin və kistlərin xaric edilməsi, tubektomiya)
  • Histeroskopik əməliyyatlar